Düzgün biznes düşüncəsi: Rəqabətli bazarda sizə nə köməklik edəcək

Düzgün biznes düşüncəsi: Rəqabətli bazarda sizə nə köməklik edəcək

Düzgün biznes düşüncəsi: Rəqabətli bazarda sizə nə köməklik edəcək
saw 515     

Generativ marketinqin faydaları haqqında saatlarla danışmaq olar, lakin bu, uğurlu tanıtımın yalnız bir "qoludur" dur. İkinci "qolu" isə təqdim olunan biznesin sahibidir. Strateji və miqyaslı düşünmək qabiliyyəti. Şirkətinizin, biznesinizin potensialını və imkanlarını qiymətləndirmək bacarığı. Bir tərəfdən rasional, açıq nikbinlik olmadan, digər tərəfdən cəsarətlə, maneçiliyi törətmədən "nəyin bahasına olursa olsun". Məhz bu cür düşüncə potensial uğur qazanan sahibkarı “başıboş” sahibkardan fərqləndirir, onun üçün biznes sahibi olmaq yalnız "gördüyüm işin dəyərini əmək haqqıdan almadığını anlayaraq, həmin işi özüm görüb gəlirinə sahib olaram" prinsipindən ibarətdir. 

Bu gün mən geniş biznes düşüncəsi olan kiçik bir sahibkarın keysini bölüşmək istəyirəm. Beləliklə o, Moskvadan olan kosmetoloq Yuliya Kirillova. Əvvəllər gözəllik salonunda işləyirdi və eyni zamanda bəzi müştərilərini qəbul etdiyi bir ofis icarəyə götürmüşdür. Aylıq xalis gəlir 100.000-150.000 rubl (2500-3700 AZN) idi.

Çox vaxt fərdi sahibkarlar qazandıqları pulları "şalvarlarını saxlamaq" və biznesi situasiya olaraq gücləndirmək üçün istifadə edirlər. Ən yaxşı halda bir növ inkişafa investisiya yatırırlar, lakin nadir hallarda insanlar marketinqə ciddi investisiya etməti barədə düşünür. Burda başa düşmək olar ki, mənalı bir reklam kampaniyası üçün tələb olunan 1,5 - 2 milyon rubl (37000-49000 AZN), sahibkarın demək olar ki, illik gəliridir. Fərdi sahibkar üçün marketinqdə maksimum xərc, ayda 5000 -10 000 rublu (130-250 AZN) hər hansı bir sosial şəbəkədə bir qrupu və ya hesabı idarə etmək üçün bir SMM mütəxəssisini işə götürülməsində görür. Yuliya Kirillova hamı kimi etmək istəmirdi. O, bir ildən çoxdur ki, mənim ffad.ru saytımı və Telegram kanalımı izləyirdi, komandamın çoxsaylı təcrübələrini öyrənib və nəhayət bizimlə əlaqə saxladı. Kirillova ilk reklam kampaniyasına 1.730.000 rubl (42.500 AZN) xərclədi - əri ilə birlikdə ipoteka üçün ayırdıqları ilkin ödəniş kapitalları idi. Belə bir riskə qərar verərək, bütün prosesləri bizə həvalə etdi. Məqsədli bir insan olaraq (və bu, sahibkarın ən vacib keyfiyyətlərindən biridir) Kirillovanın əsaslandığı: ipotekaya 40-50 metrlik geniş mənzil götürməkdənsə, əsaslı şəkildə fərqli yerdə kreditsiz bir mənzil almaq daha yaxşıdır.

Layihə bizim üçün çətin oldu. Moskvada fərdi kosmetoloqun xidmətlərini minlərlə insan tərəfindən təklif olunur! Hazırlıq zamanı biz kosmetoloji xidmətlər bazarını araşdırdıq, Kirillovanın işini işçilərimizdə də sınaqdan keçirdik (hətta həyat yoldaşımı və qayınanamı ona yönəldirirdim), potensial müştərilərin istəklərini öyrənirdik. Bu məlumat əsasında biz qısa, yığcam, məqsədyönlü tərtibatların və başa düşülən nümunələrin köməyi ilə Yuliya Kirillovanın kosmetoloq kimi üstünlüklərini əks etdirən və ən əsası onu rəqiblərindən fərqləndirən bir mövqe hazırladıq.

2021-ci ilin iyulunda ilk reklam yerləşdirildi. Bu, Yuliyaya 51 yeni müştəri gətirdi, onlardan 38-i doqquz ay ərzində yenidən müraciət etdi. 2021-ci ilin avqustundan 2022-ci ilin martına qədər seçdiyimiz bloggerlər tərəfindən 13 reklam yerləşdirməsi aparıldı və təxminən auditoriya sayı 2 milyona çatdı. Nəticədə qəbula 439 nəfər yazıldı. İlk yerləşdirmədən altı ay sonra Kirillova ayda 250.000-300.000 rubl (6200-7400 AZN) daimi gəlir əldə etdi. Marketinq fəaliyyətinin nəticələrinə əsasən ümumi gəlir 3.132.000 rubl (77000 AZN) təşkil etdi. Xidmətlərin keyfiyyəti sayəsində cəlb olunan müştərilərin çoxu daimi oldu və xidmət "ağızdan ağıza" yayılmağa başladı. 2022-ci ilin yayına kimi fərdi kosmetoloqun xalis gəliri ayda 500.000 rublu (12500 AZN) keçdi. 

Yuliyanın sosial şəbəkədəki səhifəsini səliqəyə saldıq: SMM mütəxəssisin çalışqanlığı sayəsində abunəçilərin 98%-ni təşkil edən botları təmizlədik (3750 abunəçidən 61-i qaldı). Biz məzmun planı hazırladıq, profili və səhifəni faydalı məlumatlarla doldurduq və Kirillovanın hədəf auditoriyasından demək olar ki, 5000 real abunəçi cəlb etdik. İndi Yuliya öz səhifəsi ilə təkbaşına məşğul olur. Biz hər şeyi düzəltdikdən və sosial şəbəkələri düzgün idarə etməyi öyrətdikdən sonra o, hal-hazırda təkbaşına özü əla işlər görə bilir. 

İndi hekayənin ən maraqlı hissəsi. Kirillovanın ofis icarəyə götürdüyü və müştərilərini qəbul etdiyi gözəllik salonunun rəhbərliyi onun qəfil populyarlığının sirri ilə maraqlandı, çünkü salondakı üç kosmetoloqdan yalnız onun qəbulu daim "dolu" olur. Yuliya komandamla əməkdaşlığı haqqında səmimi danışdı və rəqəmləri, investisiyaları, müddətləri, nəticələri hesabladı. Təəccüblüdür ki, salon rəhbərliyi ilkin sərmayənin çox yüksək olduğunu, riskin yüksək olduğunu və ümumiyyətlə, “Biz yalnız Maldiv adalarına uçmuşuq, əlavə 1,5 milyonumuz (37000 AZN) olmadığını” hesab edirdi. Baxmayaraq ki, təkcə klinika avadanlıqlarına on qat daha çox pul qoyulub. İndi bu avadanlıq, ehtimal ki, çox vaxt boşdur, mənfəət rəqəmləri əvəzinə amortizasiya rəqəmlərini yığır. Şəbəkənin pandemiyadan əvvəl malik olduğu beş salondan, təkçə ikisi qaldı. Amma bildiyimə görə, klinika adi şəkildə müştəriləri iqtisadi cəhətdən cəlb etməkdə davam edir: soyuq zənglər, pulsuz ilk prosedur və maraqsız sosial media hesabı. Yuliya Kirillova isə artıq öz salonunu açır.

Düşünə bilərsiniz ki, mən öz dəyərimi şişirdirəm və biznes üçün dərdə çarə təklif edirəm. Əsla. Bəli, hər hansı bir layihənin təşviqi riskdir. Xeyr - heç kim mütləq uğur zəmanəti verməyəcək, öz sözlərinə görə məsuliyyət daşımayan şarlatanlar istisna olmaqla. Amma necə deyərlər, vəziyyəti təhlil edib sonra onu dəyişməyə çalışsan, onda iki variant var: ya uğur və ya uğursuzluq. Əgər heç nəyi dəyişməyə çalışmırsınızsa, olandan yapışırsınızsa və hər şeydən qorxur və hər şeydən çəkinirsinizsə, o zaman siz əldə edilən hər şeyi gec-tez itirəcəksiniz. Ümumiyyətlə, sahibkarın irimiqyaslı biznes təfəkkürü yoxdursa, deməli, onun çox inkişafı yoxdur və olmayacaq. Sadəcə ona görə ki, əsas məhdudiyyət onun öz başındadır.

 

Mənbə: forbes.ru

PAYLAŞ:

POPULYAR OXUNANLAR