Biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb

Biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb

Biznes kreditlərinə görə subsidiya verilməsi müddəti artırılıb
saw 386     

Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Azerbusiness.az xəbər verir ki,dövlət başçısı bununla bağlı imzaladığı yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-nə qədər sahibkarların banklardan manatla aldığı kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2027-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.

İndiyə qədər kreditlərin alınması müddəti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-nə qədərki, hesablanmış faizlərə görə subsidiyaların verilməsi müddəti isə 2019–2025-ci illəri əhatə edirdi.

PAYLAŞ:

POPULYAR OXUNANLAR