ChatGPT Google üçün təhlükə yarada bilər?
405
2023-02-03 19:19:20
Mütəxəssislərin sözlərinə görə, ChatGPT-dən istifadə Microsoft üçün dönüş nöqtəsi ola bilər, çünki şirkətin baş direktoru Satya Nadella bu texnologiyanı - Office 365 - daxil olmaqla, şirkətin bütün məhsullarına gətirmək planlarını açıqlayıb. Bu, Google Docs və Microsoft Word arasında güc balansını dəyişə bilər.
Microsoft-un baş direktoru Satya Nadella bildirib ki, OpenAI şirkətinin generativ süni intellekt (Sİ) texnologiyası olan ChatGPT-ni bütün məhsullarına inteqrasiya etmək və milyardlarla istifadəçiyə təqdim etmək planında olduğunu bildirib. Bu o deməkdir ki, ChatGPT-nin açar sözlər vasitəsilə mətn yaratmaq bacarığıi çox güman ki, tezliklə Microsoft Word, PowerPoint və Outlook - daxil olmaqla “Office 365” məhsullarının bir hissəsi olacaq.
OpenAI modellərindən istifadə edərək, Microsoft Word-un avtomatik tamamlama və avtomatik düzəliş funksiyalarını,həmçinin üslub və qrammatik korreksiyalardan daha mürəkkəb tapşırıqları yerinə yetirə və çoxlu sözlər əsasında daha uzun mətn parçaları yarada biləcək. Şirkət hələlik heç bir xüsusi funksiya elan etməsə də, istifadəçilər potensial olaraq açar sözlər əsasında PowerPoint təqdimatları və e-poçtlar yarada bilərlər.
Bu kimi xüsusiyyətlər Microsoft-a gənc istifadəçiləri cəlb etməyə kömək edə bilər. “Microsoft Office 365” milyonlarla şirkət üçün standart halına gəlsə də, analitiklər deyirlər ki, texnologiya nəhəngi Microsoft, əməkdaşlıq yönümlü məhsullarla maraqlanan auditoriyanı cəlb etməkdə geri qalır (məsələn Google Docs və Sheets kimi).
“Microsoft, xüsusən təhsil yönündə və gənc nəsil arasında Google-dan xeyli geridədir və təbii olaraq Google Docs istifadə edən bəlli qruplar var. Microsoft bunu dəyişdirməlidir” - Den Ives Forbes, “Wedbush Securities”-in texniki analitiki deyərək bildirib. "Düşünürəm ki, ChatGPT, Google Docs və Microsoft Word-un arasındakı güc balansını dəyişdirəcək bir dərman olacaq."
Məhsullarında ChatGPT-dən istifadə etməklə yanaşı, Microsoft keçən həftə bulud texnologiyası olan “Azure OpenAI Service” platformasında, “OpenAI” texnologiyasının tətbiqini elan etdi; bu isə istifadəçilərə (ödənişlə) qabaqcıl Sİ modellərinə, o cümlədən ChatGPT-nin mərkəzində olan böyük dil modeli “GPT-3.5” və görüntü generatoru “Dall E 2” daxil olma imkanını verəcək.
Mənbə: forbes.ru





