Blockchain maliyyə dünyasını dəyişdirə biləcək mi? - Uğurlu tədqiqat keysləri

Blockchain maliyyə dünyasını dəyişdirə biləcək mi? - Uğurlu tədqiqat keysləri

Blockchain maliyyə dünyasını dəyişdirə biləcək mi? - Uğurlu tədqiqat keysləri
saw 446     

Bitcoin-in səs salmasından altı il keçdi. Onun qiyməti 67 000 dollara qədər qalxırdı və 20 000 dollara qədər düşürdü. Facebook-un Libra və Telegram-ın TON kimi layihələri gəlib keçdi. Blockchain-in bankların “qatili” olacağını proqnozlaşdırırdılar və ümumi rifah dövrünün gələcəyini arzulayırdılar. Bununla belə, sürətlə böyüyən və tənzimlənməyən hər hansı bir bazarda olduğu kimi,qaynayan innovasiya qazanında ilk olaraq köpük ortaya çıxır: ICO fırıldaqçılığının artması, milyardlarla müştəri pulu ilə kriptovalyuta birjalarının yoxa çıxması, çirkli pulların yuyulması və qeyri-qanuni fəaliyyətlərin maliyyələşdirilməsi üçün kripto ödənişlərindən istifadə, kriptovalyuta dünyası ilə əlaqəli hər şeyə davamlı fırıldaq pərdəsi asıldı və paylanmış reyestrlər texnologiyasına kölgə salındı.

İndi, köpük azaldıqda, tənzimləyicilər qərara gəldilər ki, birgə səylərlə sağ qalan kriptobirjaları məcburi şəkildə ənənəvi bankinq prosedurlardan keçsinlər, yani müştərilərin yoxlanılması və çirkli pulların yuyulması əməliyyatları icra olunsun. Fırtınalı formalaşma dövrünü yaşamış faydalı təcrübələrin istifadəsini daha yaxından nəzərdən keçirək.

Paylanmış reyestrlər texnologiyası

Paylanmış reyestrlər texnologiyasına və onun ən populyar qurulma növü olan blockchain-ə (əməliyyat blokları zənciri) marağın kəskin artmasının əsas səbəbi, mövcud qlobal maliyyə sistemini tanınmaz dərəcədə dəyişdirə biləcək potensial idi. Maliyyədə texnologiyadan istifadə ödənişlərin dəyişdirilməsinə, klirinqə, hesablaşmalara, risk idarəçiliyinə, xidmət qaydalarının dəyişdirilməsinə, aktivlərin saxlanılmasına, öhdəliklərin tənzimlənməsinə və müqavilələrin icrasına gətirilə bilər.

Dünyada paylanmış reyestrlər texnologiyasına maraq iki ən böyük blockchain konsorsiumunun - R3 və Hyperledger-in yaranmasına səbəb oldu. Birincisi, bank bazarının liderləri — Barclays, BBVA, Credit Suisse, Commerzbank, SEB və Societe Generale tərəfindən yaradıldı və dünyanın 80 — dən çox ən böyük bankını birləşdirdi. Konsorsiumun ideyası, paylanmış reyestrlər texnologiyasına əsaslanan tənzimləyici “Corda”-nın hazırladığı maliyyə təşkilatları üçün bir platforma idi. “Hyperledger” təkcə maliyyə və texnologiya şirkətlərini deyil, həm də qeyri-kommersiya təşkilatlarını və startaplarını əhatə edən açıq bir assosiasiyaya çevrilib. Məqsəd - “Fabric” platformasında logistika, səhiyyə və maliyyə sahələrində açıq mənbəyə əsaslanan prototip tətbiqlərini birləşdirməkdir.

Bu iki platforma sənaye standartı üçün yeganə iddiaçı deyil. “R3” və “Hyperledger” -in tərəfdaşlıqlarına baxmayaraq, alternativ variant olaraq Microsoft korporasiyasını götürmək olar, hansı ki, öz konstruktor blockchain-proqramı olan “Bletchley” və blockchain-şəbəkə platforması olan “Coco Framework” daima inkişaf etdirir. “EthereumFoundation” fondu  mərkəzləşdirilməmiş proqram və xidmətlərin dizaynını həyata keçirməyə imkan verir, və “Ethereum” paylanmış reyestler texnologiyasına əsaslanan ən uğurlu platformalardan biri olub hal-hazırda inkişafına davam edir.

Smart-müqavilələr

Biznes proseslərinin optimallaşdırılması və maliyyə əməliyyatlarında xərclərin azaldılması məqsədi ilə, paylanmış reyesterlər texnologiyasına əsaslanan smart-müqavilələrdən istifadə olunur. Smart müqavilələr ciddi təsnifata uyğun gəlmir, lakin müxtəlif sahələrdə istifadə olunur: mülkiyyət münasibətlərinə nəzarət (kriptovalyutalar və tokenlərlə əməliyyatlar), maliyyə xidmətləri (ticarət maliyyəsi, birja ticarəti, hərraclar), kredit öhdəlikləri, sosial xidmətlər (elektron səsvermə) , malların çatdırılmasının idarə edilməsi və saxlanması.

Smart-müqavilələrin əsas əhatə dairəsi rəqəmsal tokenlərin(ICO) ilkin yerləşdirilməsinə çevrildi, bu isə rəqəmsal tokenlərin buraxılmasına və fiat pulları ilə investorlara satılmasına gətirərək - investisiyaların cəlbini təmin etdi.

Bank sektorunda vaxt xərclərinin azalması və fırıldaqçılıq riskinin azalması sayəsində smart müqavilələr tələbat qazanmağa başlıyır. Məsələn, Britaniyanın “Barclays” bankı pendir və yağın beynəlxalq tədarükü çərçivəsində akkreditivlərlə əməliyyatlar aparırdı, əməliyyatlar isə fiat pullardan istifadə etməklə həyata keçirilirdi. Artıq müntəzəm olaraq “BancoBilbao Vizcaya Argentaria” kredit xidmətləri göstərir. Korporativ müştəri 75 milyon avro-nu kreditə alıb və əməliyyatı isə “Ethereum” şəbəkəsində smart-müqaviləsdən istifadə edərək qeydə alıb. Digər tətbiq sahələri arasında sığorta shəsini vurğulamağa dəyər. Məsələn, Almaniyanın Allianz şirkəti tərəfindən sığorta ödənişlərinin avtomatlaşdırılması, həmçinin “Dynamis” startapı ilə P2P-siğorta sistemi - iş itkisindən, bu vəziyyətdə sığorta fondu kreditorların mərkəzləşdirilməmiş şəbəkəsi arasında bölüşdürüldükdə ərsiyə gəlir. Dövlət xidmətləri sektorunda, İsveç kadastr xidməti tərəfindən təqdim olunan “ChromaWay” həllini istifadə etməklə sənəd dövriyyəsinin avtomatlaşdırılmasını və əməliyyatların qeydiyyatı üçün smart-müqavilələrdən istifadə edilməsi bunların parlaq bir nümunəsi oldu.

Kriptovalyutalar

Blockchain tətbiqinin əsas və ən geniş yayılmış sahəsi ödənişlərdir. Mərkəzi banklar hələ də rəqəmsal valyutaların tətbiqinə hazırlaşarkən, dünyada artıq 1300-dən çox kriptovalyuta istifadə olunur.Bazar kapitallaşması baxımından birinci yeri 385 milyard dollarlıq kapitallaşma ilə Bitcoin tutmağa davam edir ki, bu da bir növ onu kripto-bazarın market-meykerinə çevirib. Bundan sonra Ethereum (187 milyard dollar), Tether (67 milyard dollar), USD Coin (52 milyard dollar) gəlir.

Kriptovalyutaların hüquqi statusu ölkəyə görə çox dəyişir: rəqəmsal mallar, rəqəmsal aktiv, maliyyə aləti, virtual valyuta. Ən populyar status - elektron formada rəqəmsal aktiv/məhsul/digər əmlak -  Yaponiya, Filippin, İsveçrə və bəzi ABŞ ştatlarında yayılmışdır. Bir sıra ölkələrdə kriptovalyutaların istifadəsi qadağandır: Çin, Banqladeş, Boliviya, Misir. Rusiya, Vyetnam və Ekvadorda isə kriptovalyutalar ödəniş vasitəsi kimi qadağan olunub. Bununla belə, bizdə meyninq-ə(kriptovalyuta axtarışı) icazə verilir, Vyetnam və Ekvadorda isə saxlama və satışa icazə verilir. Eyni zamanda, son beş il ərzində bəzi ölkələr, müxtəlif şərtlərə görə, ticarət və saxlama üçün kriptovalyutaya icazə verdilər - Vyetnamda və Ekvadorda, Venesuelada isə hətta kriptovalyuta ilə vətəndaşlara müavinətlər ödəməyə başladılar. Bəzi ölkələr üçün leqallaşma onların iqtisadiyyatlarında böhrana cavab və ya yeni ödəniş kanallarının təşkili üçün bir cəhdə çevrilir. Tənzimləmə tez-tez mübadilə sahələrinin qeydiyyatını / lisenziyasını, istifadəçinin identifikasiyasını təmin edir.

CBDC

Blockchain və smart-müqavilələrə xas olan potensial,getdikcə inkişaf etmiş ölkələrin tənzimləyicilərini milli valyutanın yeni bir formasının — CBDC (Central Bank Digital Currencies və ya mərkəzi bankların rəqəmsal valyutaları) yaradılması istiqamətində daha fəal addımlar atmağa təşviq edir.

CBDC ayrıca paylanmış reyestrler texnologiyasına əsaslanır, lakin mərkəzləşdirilmiş olaraq qalır. Mərkəzi bank rəqəmsal valyutanın emitenti olaraq qalır. Nəticə etibarı ilə ənənəvi pulun əvəzi deyil, onların mövcud formalarına əlavədir - nağd və nağdsız. Beləliklə, rəqəmsal valyuta həm maliyyə təşkilatlarının, həm xəzinədarlıq üçün rəqəmsal pul kisələrinin açılmasına cavabdeh olan tənzimləyicinin tam hüquqlu bir öhdəliyinə çevrilir, eləcə də adi fiziki və hüquqi şəxslər üçün xidmət göstərən istənilən kredit təşkilatları vasitəsilə rəqəmsal fondlara daxil olma imkanı verir.

Bu gün bütün dünya üzrə mərkəzi banklar əmindirlər ki, CBDC-nin tətbiqindən hamı faydalanacaq. Vətəndaşlar və bizneslər yüksək təhlükəsizlik standartlarına riayət etməklə istənilən bankdakı hesab vasitəsilə pul kisəsinə universal çıxış əldə edə, vahid tariflərlə əməliyyatlar apara, internet olmadan rəqəmsal valyutalardan istifadə edə biləcəklər. Bunun ilə dövlət; büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirəcək, beynəlxalq hesablaşmaların sadələşdirilməsinə şərait yaradcaq və büdcə ödənişlərində xidmət xərclərini azalda biləcək. Sonuncu bankların dövlət əməliyyatlarından əldə etdiyi gəlirlərə mənfi təsir göstərə bilər. Buna baxmayaraq, maliyyə bazarının iştirakçıları yeni ödəniş infrastrukturu əldə edəcək və eyni zamanda, smart-müqavilələr və ödəniş markalanması kimi, yeni innovativ maliyyə məhsullarını və xidmətlərini yaratmaq üçün stimullar əldə edərək, özlərini rəqabət mühitində tapacaqlar. Maliyyə təşkilatlarının müştəriləri də faydalanacaq.

CBDC-ni fəal inkişaf etdirən, ölkələr arasında Çini birmənalı olaraq lider kimi qeyd etmək olar. Ölkə artıq rəqəmsal yuanla ictimai nəqliyyat xidmətlərinin ödənişini sınaqdan keçirir. E-CNY mobil tətbiqi vasitəsilə vətəndaşlar Quançjou və Ninbo şəhərlərində metro və ya avtobusda gediş haqqını ödəyə bilərlər.Ödəniş proseduru yetəri qədər sadədir: hesaba vəsaiti yükləmək və avtobus və ya metroda validatorda QR kodunu skan etmək kifayətdir.

Rəqəmsal yuan, COVID-19 pandemiyası dövründə qida texnologiyası və e-ticarət sahəsində xüsusi populyarlıq qazandı. Çin hökumətinin təşəbbüs ilə iki ən böyük platforma rəqəmsal yuan vasitəsilə ödənişi əlçatan etdilər. Nəticədə, 6 milyondan çox unikal istifadəçi qida texnologiyasının nəhəngi olan  “Meituan” platformasından sifarişlərini etdilər, və ölkənin ən böyük internet-pərakəndə satıcılarından biri olan JD.com isə e-com seqmentində 4 milyondan çox əməliyyatı həyata keçirərək, ümumi olaraq 900 milyon yuan (131,6 milyon dollar) məbləğini təşkil etdi.

Üstəlik, Çin artıq rəqəmsal yuanın istifadəsilə öz maliyyə uğuru ilə öyünə bilər, çünkü CBDC əməliyyatlarının ümumi həcmi 2022-ci ilin ilk beş ayında 830 milyard yuan (121,4 milyard dollar) təşkil edib.

Bununla belə, heç bir ölkə mərkəzi bankın rəqəmsal valyutasını tam istifadəyə verməmişdir. Çin kimi liderlər üçün son mərhələ pilot olaraq qalır.

Rəqəmsal avro hələ də ictimai müzakirə mövzusu olsa da, bir neçə Avropa ölkəsi artıq CBDC layihələrini işə salır. Fransa rəqəmsal valyuta istiqrazlarının pilot buraxılışı ilə liderlik etdi. İsveç (e-krona) və Macarıstan konseptual mərhələdədir. Türkiyə, İran, Qazaxıstan, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Tailand və Malayziya eyni mərhələdə qalırlar.

Avropa Birliyində tənzimləyici mütəmadi olaraq rəqəmsal valyutalar mövzusunda ictimai müzakirə üçün hesabatlar təqdim edir və bazar iştirakçılarını Avropada CBDC-nin tətbiqi ilə bağlı şərh verməyə dəvət edir. Eyni zamanda, hesabatların məqsədi rəqəmsal valyutaların mümkün nəticələrini, xüsusən də bank depozitlərinin CBDC ilə geniş miqyasda dəyişdirilməsi zamanı maliyyələşmə boşluğunu qiymətləndirilməsidir Avropa Mərkəzi Bankı ayrıca məxfilik məsələsinidə qeyd edir: sensitiv ödəniş məlumatlarının toplanması müəyyən risklər yaradır, lakin tam anonimliyə nail olmaq həmişə ən yaxşı həll yolu kimi görünmür.

PAYLAŞ:

POPULYAR OXUNANLAR